• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1139
— 21.02.2018 14:15

Şəmkirdə “Cümhuriyyət tariximiz və müasir inkişafımız”mövzusunda konfrans keçirilib

KepezTV Player

23 aylıq müstəqil fəaliyyət, çətin şəraitdə verilən taleyüklü qərarlar, əsası qoyulan dövlətçilik ənənəsi. Şəmkirdə “Cümhuriyyət tariximiz və müasir inkişafımız” mövzusundakı konfransda millət vəkillərinin toxunduğu məqamlar bunlar olub. Şərqin ilk demokratik respublikasının Azərbaycan tarixində yeri və rolundan, aprel süqutundan sonra da milli azadlıq hərəkatının yaşamasında əhəmiyyətindən söz açılıb. İkinci müstəqilliyinə qovuşan Azərbaycanın xalq cümhuriyyətinin varisi kimi ulu öndər Heydər Əliyevin sayəsində əbədi istiqlaliyyətə nail olduğuna diqqət çəkilib. 27 illik azadlığın bu gün iqtisdi inkişaf, icra edilən regional layihələr, beynəlxalq əməkdaşlıq nəticəsində daha da möhkəmləndiyi vurğulanıb.    

Aydın Mirzəzadə - millət vəkili: Tariximizlə bu günkü günümüzlə bağlı mövzuların müzakirəsinin burada keçirilməsi həm əhalinin bu məsələylə bağlı məlumatlandırılması eyni zamanda inkişafda gedən əsas məsələlərin regionadada öz əksini tapmasını bir daha uyğunlaşdırmaqdır.

Sona Əliyeva - millət vəkili: Şəmkiri Cümhuriyyət ilində daha önəmli edən məqamlardan birinə toxunmaq istəyirəm. Məhz Xalq Cümhuriyyətinin yaranması zamanı Azərbaycan himninin sözlərini yazan, eyni zamanda indiki himnimizin sözlərini müəllifi şəmkirlimiz, həmyerlimiz Əhməd Cavaddır. Bu mənada şəmkirlilərin yenə də Xalq Cümhuriyyətinin yaranmasında müstəsna izi olduğunun biz şahidiyik.

 

Natiq Hüseyn