KepezTV Player
Gömrükçülər qaçaqmal yolu ilə ölkəyə qızıl-zinət əşyaları keçirmək istəyən qadını saxlayıblar. Belə ki, Tovuz Gömrük İdarəsinin "Sınıq Körpü" gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşının əl yüklərinə yük yoxlama cihazı ilə gömrük baxışı keçirilib. Xanım vətəndaşın çantalarındakı paltarların içərisində əvvəlcədən gömrük nəzarətinə bəyan edilməyən, ümumi çəkisi 185,12 qram olan 7 ədəd qızıl üzük, 4 ədəd qızıl bilərzik, 19 cüt qızıl sırğa, 8 ədəd qızıl boyunbağı və 7 ədəd qızıl kulon aşkar edilib.Faktla bağlı araşdırma aparılır.
Zülfiyyə Telmanqızı
- Baxış: 561