• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1106
— 21.02.2018 13:14

Üç nəfərin hücumuna məruz qalan gənc xəstəxanalıq oldu

KepezTV Player

Paytaxtın Sabunçu rayonunda kütləvi dava baş verib, nəticədə bir nəfər xəsarət alıb. Hadisə Sabunçu Dəmiryol vağzalının ərazisində qeydə alınıb. 29 yaşlı Nadir Bağırov 3 şəxsin hücumuna məruz qalıb. Döyülərək ağır xəsarətlər alan gənc ətrafdakıların köməyi ilə xəstəxanaya yerləşdirilib. Həkimlər Nadir Bağırova kəllə-beyin travması diaqnozu qoyublar. Zərərçəkənin ifadəsi alınıb. Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları hadisəni törədən şəxslərin müəyyənləşdirilməsi istiqamətində əməliyyat tədbirləri həyata keçirilər.

 

Zülfiyyə Telmanqızı