• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2385
— 21.02.2018 13:22

Nasaz lift üç nəfərin xəsarət almasına səbəb oldu

KepezTV Player

Sumqayıtda çoxmərtəbəli binanın lifti qırılıb, 3 nəfər ağır xəsarət alıb. Hadisə şəhərin 47-ci məhəlləsində çoxmərtəbəli yaşayış binasında baş verib. Liftdə olan 3 nəfər - 37 yaşlı Sahil Nəcəfov, 36 yaşlı Oruc İsmayılov və 23 yaşlı Təbriz Nəcəfli 8-ci mərtəbədən yıxılaraq ağır xəsarətlər alıblar. Yaralılar dərhal Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıblar. Faktın araşdırılmasına başlanılıb.

 

Zülfiyyə Telmanqızı