• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2379
— 21.02.2018 13:26

İki maşın toqquşdu, 5 nəfər yaralandı

KepezTV Player

Xaçmaz-Xudat yolunda 5 nəfərin xəsarət alması ilə nəticələnən ağır qəza baş verib. Xaçmazın Gödəkli kəndi ərazisində "VAZ 21014" və "VAZ 2106" markalı avtomobillər toqquşub. Qəza nəticəsində xəsarət alanlar, Xaçmaz rayonu, Mollaoba kənd sakinləri - 28 yaşlı Rəşad Gəncəliyev, 30 yaşlı Firuz Hacımuradov, Asiman İsmayılov, Surəyya Qayınbəyova və Həzi Quliyev Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar. Hadisənin səbəbləri araşdırılır.

 

Zülfiyyə Telmanqızı