• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1282
— 21.02.2018 13:23

6 bıçaq zərbəsi aldı, yaralı halda qaçaraq özünü xəstəxanaya çatdırdı

KepezTV Player

Quba sakini isə ölümdən son anda dönüb. Rayon sakini, 26 yaşlı Rəşad Hacıyev tanışı Orxan Süleymanovla mübahisə edib. Daha sonra isə üzərində gəzdirdiyi bıçaqla Süleymanovu öldürmək məqsədilə ona 6 zərbə vurub. Orxan Süleymanov yaralı vəziyyətdə hadisə yerindən qaçaraq özünü Quba Rayon Mərkəzi Xəstəxanasına çatdırıb. Həkimlər zərərçəkəni dərhal əməliyyat edərək həyati təhlükəsini aradan qaldırıblar. Hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən Rəşad Hacıyev saxlanılıb. Faktla bağlı Quba rayon Prokurorluğunda cinayət işi başlanıb.

 

Zülfiyyə Telmanqızı