• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2106
— 21.02.2018 10:02

Ən nazik noutbukun satışına başlandı

Asus şirkəti diskret qrafika ilə təchiz edilmiş dünyada ən nazik noutbukun satışına başlayıb. ZenBook 13 modeli IPS matrisli 1920x1080 piksel təsvir ölçülü 13,3 düymlük sensor ekranla təchiz edilib və qalınlığı 14 mm, çəkisi isə 1,12 kq-dır.

Asus şirkətinin yeni məhsulu bazarda ən yaxşı oyun ultrabuku hesab edilə bilər: 2 QB-lıq yaddaşa malik Nvidia GeForce MX150 videokartına malikdir. Həmçinin aparat dördnüvəli Intel Core i5 prosessoru, 8 QB-lıq əməli yaddaş, 256 QB tutumunda SSD daşıyıcı, 3 ədəd USB 3.0 portu, təsvirin kənar ekranda göstərilməsi üçün HDMI 2.0 interfeysi, microSD slotu və iki diapazonlu Wi-Fi ilə təchiz edilib. ZenBook 13 noutbuku Windows 10 əməliyyat sisteminin Home versiyasının nəzarəti altında işləyir. Akkumulyator batareyası sözügedən qurğunun təxminən 14 saat müddətində avtonom işləməsinə imkan verir. Noutbuk 50 dəqiqə müddətində 60%-dək enerji toplayır.