• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 793
— 21.02.2018 10:01

Hindlilər Wrangler-ə bənzəyən Hammer düzəltdilər

DC Design adlı Hindistan şirkəti Dehli motorşousunda Mahindra Thar – Hammer modifikasiyanı göstərib. Avtomobil sərt dam, dəyişik bamperlər və daha iri ön qanadlar əldə edib. Bunlarla yanaşı, salon da dəyişikliyə məruz qalıb. Burada yeni qapı panellərinin üzləri dəridən işlənib, damda işıq diodlu işıqlar quraşdırılıb, mərkəzi konsol stilizə edilib, arxa oturacaqlar isə ayrı-ayrı komplektləşdirilib. Mahindra Thar 2,5 litrlik 105 at güclü dizel motorla hərəkətə gəlir. Transmissiya 5 pilləli MSQ-dan ibarətdir. Arxa oxa gəldikdə, buraya özü bağlanan differensial quraşdırılıb.