• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2001
— 20.02.2018 20:04

Qərb derbisində “Şəmkir” qalib gəldi

KepezTV Player

Futbol üzrə Region liqasında qış fasiləsi başa çatıb. Yarışda 3-cü turun oyunları keçirilib. Tur qərb derbisiylə əlamətdar olub. Gəncədə yerli “Xəmsə” “Şəmkir”i qəbul edib. İlk yarıda tərəflərin qol vurmaq üçün şansları olsa da, hesab açılmayıb. İkinci hissədə də komandalar qapıya düşmək üçün ard-arda hücumlar təşkil ediblər. Ancaq sevinən qonaqlar olub. 2 top vuran “Şəmkir” evə 3 xalla dönüb. Əvvəlcə meydan sahiblərindən Şahin Kərimov avtoqola imza atıb. “Qırmızı-ağlar”ın digəri qolunu Etibar Süleymanov vurub. Bu qələbə ilə “Şəmkir” futolçuları aktivinə 3 xal yazdıraraq sonuncu sıradan xilas olublar. 1 xala malik “Xəmsə” isə onların yerini tutub.

Orxan Cəfərzadə