• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1200
— 20.02.2018 13:52

Keçmiş məhkum silahla saxlanıldı

KepezTV Player

Son zamanlar bu, sanki dəb halını alıb. Kimsə silah tapır, onu aparıb polisə təhvil vermək yerinə, özündə saxlamağı lazım bilir. Amma çifayda, çünki nə qədər gizlətməyə çalışsanız da, bizim asayiş keşikçilərimizin gözündən yayına bilməzsiniz. Bu dəfə də paytaxtın daha bir sakini silahla saxlanılıb. Təfərrüatlar necədir, süjetdən biləcəyik.

Sabunçu Rayon Polis İdarəsi 12-ci Polis Bölməsinə rayon ərazisində Elşən adlı şəxsdə odlu silah-sursat olması barədə məlumat daxil olub. Bölmə əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxs – Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Elşən Həmidov saxlanılıb. Bölmədə hal şahidlərinin iştirakı ilə onun üzərinə baxış zamanı “AKM” markalı avtomat və içərisində 20 ədəd patron olan daraq aşkar edilərək götürülüb. Saxlanılan şəxs ifadəsində odlu silahı Balaxanı qəsəbəsində tapdığını və həmin vaxtdan bəri hüquq-mühafizə orqanlarına təhvil verməyərək gizlətdiyini bildirib.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Bölmədə toplanan material araşdırılması üçün Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Aşkar edilən silahdan hansısa cinayətdə istifadə olunub-olunmadığı araşdırılır.