KepezTV Player
Gəncədəki 4 seçki dairəsi üzrə təşkil olunan tədbirlərdə şəhər icra Hakimiyyətinin və Hüquq-Mühafizə Orqanlarının nümayəndələri, habelə seçki məcəlləsinə əsasən seçki prosesində iştirak edən digər subyektlər iştirak edirlər. Seçki komissiyalarının iş prinsipi və bu istiqamətdə müəyyən qurumların üzərinə düşən vəzifələr MSK-nın əməkdaşalrı tərəfindən izah edilir. Seçki qanunvericiliyinin təbələrindən irəli gələn “Müşahidəçilərin hüquq və vəzifələri”, “Seçki prosesində aşkarlkıq prinsipi” kimi mövzular ətrafında müzakirələr aparılıb. Tədbirlər “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı” əsasında həyta keçirilir.
Gülnar Fazilqızı
- Baxış: 637