• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1822
— 19.02.2018 14:47

Şəmkirin dağ kəndləri nəzarətə götürülüb

KepezTV Player

Gədəbəyə gediş-gəliş çətinləşib. Xüsusilə də Şəmkirlə Gədəbəyi birləşdirən aşırım nəqliyyat vasitələrinin hərəkəti üçün demək olar ki, keçilməz olub. Yağan qar davam etdiyindən yol təsərrüfatının işçiləri fasiləsiz olaraq çalışır.

Ötən gün axşam saatlrından başlayaraq qərb bölgəsində müşahidə olunan qarlı şaxtalı hava Şəmkirin dağ kəndlərində daha ciddi fəsadlar yaradıb. Xüsusi ilə rayonun Çənlibel və Qasımalılar kəndlərində qarın qalınlığı 40 santımetrə çatıb.

Amin Quliyev – sürücü: Bu cür havaya vərdiş etmişik. O tərəflər daha pisdir. Çox qar yağıb.

Güclü qar Şəmkir-Gədəbəy yolunda fəsadsızda ötüşməyib. Bəzi sürücülər mənzil başına çatmaqda çətinlik çəkib. Səbəb avotomobillərin mövsümə hazır olmamasıdır.

İqbal Hüseynov – sakin: Maşın qış mövsümünə uyğun hazırlanmalıdır. Əsasəndə təkər ümumiyyətlə hər bir şey qışa hazır olmalıdır.

Şəmkir-Gədəbəy yoluna yağan güclü qar səbəbindən yol təsərrüfatı işçiləri gücləndirilən iş rejiminə keçib. Hazırda yol təsərrüfatı işçiləri yolları qardan və buzdan təmizləməklə məşğuldur.

Ağır texnikalarla yolun qardan təmizlənməsi ilə kommunal xidmətlərdə yarana biləcək fəsadların aradan qaldırılması rayon fövqəladə hallar komissiyasının nəzarətindədir.

Qüdrət Əliyev - Şəmkir Rayon Fövqəladə Hallar Komissiyasının sədri: Rayon qaz işıq və su ilə təmantı yerindədir. Heç bir problem yoxdur. Yollarımızda xüsusi ilə yasamal aşırımında müəyən fəsadlar yaranmışdır ki bu fəsadlarda qısa müddətdə aradan qaldırıldı. Hal-hazırda rayon fövqəladə hallar komissiyasının tabeçiliyində olan texnikalar səfərbər edilib. İstər yasamal aşırımı istərsədə digər dağ kəndlərinə gediş gəliş normaldır.

Qarın yağması Gəncə-Daşkəsən yolunda da təxirəsalınmaz tədbirlərin həyata keçirilməsini labüd edib.

 

Natiq Hüseyn