• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2132
— 19.02.2018 14:51

“Kəpəz” doğma meydanda uduzdu

KepezTV Player

Futbol üzrə Azərbaycan Premyer Liqasında XVI turun oyunları keçirilib. Hesabat turunda “Kəpəz” Gəncə şəhər stadionunda “Keşlə”ni qəbul edib.

Qış fasiləsindən sonra doğma meydanda ilk dəfə azarkeşləri ilə görüşən “sarı-göylər” qələbə qazanmaq iddiasında olublar. Amma yağışlı havada oynanılan matç qonaqların üzünü güldürüb. Bakı klubu ikinci hissənin əvvəlində hesabı açıb. Fuad Bayramov cərimə meydançasının önündən çərçivəni dəqiq nişan alıb.

Hesabda geri düşdükdən sonra “Kəpəz” bərabərlik üçün irəli atılıb. Komanda bir necə vəziyyətdə fərqlənməyə yaxın olub. 82-ci dəqiqəyə təsadüf edən bir epizodda isə gəncəlilərin futbolçusu İlkin Sadıqova qarşı cərimə meydançasında kobudluq olsa da, hakim davam işarəsi verib. Son nəticədə hesab final fitinə kimi dəyişməyib və qonaqlar 1-0 hesablı qələbəni bayram edib.

 

XVI tur

“Kəpəz” - “Keşlə” 0:1

Qol: Fuad Bayramov, 51

18 fevral, Gəncə şəhər stadionu, 1150 tamaşaçı  

 

Orxan Cəfərzadə