• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1904
— 19.02.2018 13:25

Oğurluq hadisələrinin üstü açıldı

KepezTV Player

Paytaxt polisi daha iki oğurluq hadisəsinin üstünü açıb. Nərimanov RPİ 17-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə fevralın 16-da rayon ərazisindəki 1 mağazadan 2720 manat və mobil telefon oğurlamaqda şübhəli bilinən Yevlax rayon sakini, əvvəllər məhkum olunmuş Vüsal Səmədov və Beyləqan rayon sakini olan 1 yeniyetmə saxlanılıb. Nəsimi RPİ 20-ci PB-nin əməkdaşları isə Nazim Salmanovu və Arzu Məmmədovu yaxalayıblar. Əməliyyat tədbirləri ilə onların 2 nəfərin cibindən və 1 qadının çantasından mobil telefon və pulqabı oğurlamaları müəyyən edilib.

 

Zülfiyyə Telmanqızı