• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2120
— 19.02.2018 10:03

Hindlilər Land Rover Discovery Sport formasında crossover hazırladılar

Hindistanın Tata şirkəti Nyu-Dehlidə keçirilən motorşouda konseptual H5X krossoverini nümayiş elətdirib. Avtomobil Land Rover Discovery Sport və Jaguar E-Pace modellərinin yığıldığı platforma əsasında meydana gəlib. Deyilənə görə, platforma xüsusi olaraq Hindistan bazarı üçün nəzərdə tutulub. Maşının uzunluğu 4,5 metr, eni 2 metrə yaxın, hündürlüü isə 1,7 metrdir. Təkər bazasının ölçüsü 2,7 metrə bərabər olan avtomobil Land Rover Discovery Sportdan qısa və alçaq alınıb. Tata H5X yeni firma stilində yaradılıb. Seriyalı krossoverin alıcılara 5 və 7 yerlik versiyalarda təklif olunacağı gözlənilir. 140 və 170 at güclü motorlarla şütüyəcək maşının istehsalı 2019-cu ilə planlaşdırılır.