• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2347
— 19.02.2018 10:02

60 maşının qəzasını dronla çəkdilər

Amerikanın 44-cü şossesində, Marşfild şəhəri yaxınlığında 60-dan çox avtomobilin iştirakı ilə qəza baş verib. Daha 20 maşının isə yolu bağlanıb və arada qalıb. Yol qəzasının görüntüləri Konvey şəhərinin könüllü yanğınsöndürən briqadası tərəfindən dronla çəkilib. Qəzanın baş vermə səbəbi kimi hava şəraiti qeyd olunur. Polislərin sözlərinə görə, temperaturun dəyişməsi ilə qar ani şəkildə yağmağa başlayıb və qısa bir zamanda donaraq yolları buz bağlayıb. Qarın yağmağa davam etməsi isə vəziyyəti daha da çətinləşdirib. Bütün bunlar Kanzas, Missuri və Ayova trasslarında qəzalara gətirib çıxarıb. Həmin ştatlarda isə 70-dən çox avtomobil zərər çəkib. Ümumilikdə 650 qəza qeydə alınıb, 6 nəfər həlak olub və 10-larla insan isə yaralanıb.