• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1405
— 19.02.2018 10:01

Microsoft korlar üçün virtual reallıq sistemi yaratdı

Microsoftdan olan bir qrup mühəndis korlar üçün virtual reallıq sistemi ərsəyə gətiriblər. Belə ki, xüsusi gəzinti çubuğunun köməyilə virtual aləmdəki obyektlərə real həyatda olduğu kimi toxunmaq olar. Çubuğa virtuallığı izləyən vibromotor və sensor quraşdırılıb. Metal çubuğun əsasını tormoz təşkil edir ki, bu da onun horizontal hərəkətini dayandıra bilir. Sistemin virtual versiyası zamanı çubuq reallığa nisbətən daha uzun olur. Virtualda obyektlə toqquşanda tormoz, ardınca vibrasiya işə düşür. Bu an virtual reallıq dəbilqəsinin qulaqlıqlarında nəyəsə toxunma səsi eşidilir. Sınaqlarda iştirak edən 9 nəfərdən 8-i bir neçə saniyəyə sistemi mənimsəməyi bacarıb.