KepezTV Player
Gəncədə ər-arvad dəm qazının qurbanı olublar. Hadisə Gəncənin Nəriman Nərimanov prospektində qeydə alınıb. 56 yaşlı Adil Abbasov və onun həyat yoldaşı, Yeganə Abbasova evdə dəm qazından boğularaq ölüblər. Onların meyiti səhər saatlarında aşkar edilib. Goranboyda da anoloji hal ölümə yol açıb. Xanqərvənd kənd sakini 14 yaşlı Pərvanə Abbasova yaşadığı evin vanna otağında olarkən dəm qazından zəhərlənib. Köməksiz vəziyyətdə qalan qız elə vanna otağında dünyasını dəyişib. Hər iki faktla bağlı araşdırma aparılır.
Elnur Vahidoğlu
- Baxış: 724