• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1866
— 17.02.2018 15:42

Gəncədə uşaqlar mini-futbol yarışı keçirilir

KepezTV Player

Gəncə şəhər 2 nömrəli Uşaq Gənclər İdman Şahmat Məktəbinin təşəbbüsü ilə mini-futbol yarışına start verilib. Xocalı faciəsinin qurbanlarının xatirəsinə həsr olunan birincliyin açılış mərasimində dəhşətli hadisədən bəhs edilib. Xocalı soyqırımının bəşər tarixində ən qanlı faciələrdən biri olduğu vurğulanıb. Rəsmi hissədən sonra oyunlar başlayıb. Daxili birincilikdə olimpiya sistemi üzrə 8 komanda mükafatlar uğrunda mübarizəyə qoşulub. Final və 3-cü yer uğrunda görüşlər fevralın 19-da keçiriləcək. İlk 3 yeri tutan komandalara fəxri fərman, qalib kollektivə həm də kubok təqdim ediləcək.

Azad Rəfi