Samuxda da əhalinin ucuz və keyfiyyətli kənd təsərrüfatı məhsulları ilə təmaninarına imkan verən yarmarka keçirilib. Satışa 500 tondan çox müxtəlif çeşiddə məhsullar çıxarılıb. Alıcılar daha çox meyvə-tərəvəz, ət və ət məhsullarına maraq göstəriblər. Sözügedən məhsulların qiyməti daha ucuz olub. Ümumilikdə isə əhaliyə bazardakından təxminən 25-30 faiz aşağı qiymətə bazarlıq edib. Satışıa çıxarılan ət və ət məhsulları, quş əti baytar həkimlər tərəfindən müayinə edilib. Yarmarkanın keçirilməsi fermerlərin məhsullarını bazara çıxarmasına, emal müəssisələri və alıcılar arasında əlaqə yaratmağa, bazarlarda süni qiymət artımının qarşısını almağa imkan verib. Kənd təsərrüfatı məhsullarının satış yarmarkasının martın sonunadək hər həftinin şənbə və bazar günləri təşkili planlaşdırılır.
Natiq Hüseyn
- Baxış: 741