Tatami ustası yenə Avropa Kubokunda ölkəmizin şərəfini qoruyacaq. Sabah start götürəcək qitə yarışı Avstriyanın Overvart şəhərində keçiriləcək. 2 gün davam edəcək turnirdə komandamız 7 çəkidə 17 idmançı ilə təmsil olunacaq. Məşqçilər korpusu gənc cüdoçulara güvənib ki, onlar arasında 66 kq çəki dərəcəsində İlkin Babazadə də yer alıb. Nizami yurdunun yetirməsi fevralın əvvəlində Bolqarıstanın paytaxtı Sofiyada keçirilən açıq Avropa Kubokunda mükafat əldə edə bilməsə də, bu yarışda medal qazanmaq niyyətindədi. Yeri gəlmişkən həmin turnirdən fərqli bu yarışda Babazadə 66 kq-da çıxış edəcək yeganə cüdoçumuzdu. Kubok uğrunda mübarizədə 43 ölkədən 323 idmançı iştirak edəcək. Daha əvvəl yeniyetmələr arasında bir sıra nailiyyətlərə imza atan İlkin Babazadə bu yaş qrupunda Avropa kubokunun qalibi adını da qazanıb. İndi cüdoçu eyni uğuru böyüklərin yarışında təkrarlamağı qarşısına hədəf qoyub.
Orxan Cəfərzadə
- Baxış: 665