• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1083
— 16.02.2018 13:22

Oğurluq edən şəxslər saxlanılıblar

KepezTV Player

Zərdabda silsilə oğurluq edən şəxslər tutulublar. Belə ki, Zərdab şəhər sakini İlqar Abdullayev ona məxsus tövlədən bir baş inəyin, Məmmədqasımlı kənd sakini İntiqam Ağalarov icarə əsasında anbar kimi işlətdiyi obyektdən 63 yeşik, 840 ədəd müxtəlif adlı spirtli içkilərin, Eltun Eminov çay evindən ümumilikdə 1200 manat dəyəri olan televizor və kompüter, 100 manatlıq elektrik qızdırıcısının oğurlandığını bildiriblər. Müraciətlər əsasında əməliyyata başlanılıb. Tədbirlər nəticəsində Mingəçevir şəhər sakini Turan Yusibov, Zərdab rayon sakinləri Ədalət Məhəmmədli, Vüqar Səmədzadə və Vüsal Şükürov saxlanılaraq istintaqa təhvil verilib.

İlkin dindirmə zamanı saxlanılan şəxslərin qabaqcadan əlbir olaraq oğurluq etmələri müəyyən olunub. Saxlanılanlar dəstəyə Turan Yusibovun rəhbərlik etdiyini və onun göstərişi ilə hərəkət etdiklərini deyiblər. Hazırda Zərdab RPŞ-nin əməkdaşları onların digər analoji hərəkətlərinin olub-olmadığını araşdırır.

 

Zülfiyyə Telmanqızı