• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1503
— 16.02.2018 13:17

Evə oğurluğa girmək istəyən şəxsdən narkotik götürülüb

KepezTV Player

Bərdə rayon sakini Müşfiq Ələkbərov Rayon Polis Şöbəsinin növbətçi hissəsinə zəng edərək ona məxsus evin həyətinə naməlum şəxsin oğurluq niyəti ilə daxil olması barədə məlumat verib. Əməliyyat qrupu dərhal hadisə yerinə gəlib. Əməliyyat-axtarış tədbirlərinə başlayan polis əməkdaşları naməlum şəxsi evə daxil olmaq istəyərkən saxlayıblar. Araşdırmalarla onun Bərdə rayon sakini, əvvəllər məhkum olunmuş İlqar Babayev olduğu müəyyən edilib. Polis şöbəsinə gətirilən İlqar Babayevin üzərinə baxış zamanı ondan marixuana və kağız bükülüdə heroin aşkarlanaraq götürülüb. Əməliyyat-axtarış tədbirlərinin davamı olaraq onun evinə də baxış keçirilib. Bu zaman İlqar Babayevin mənzilində sellofan torbada narkotik vasitələr aşkarlanıb. Faktla bağlı Rayon Polis Şöbəsinin istintaq bölməsində cinayət işi açılıb. 

 

Zülfiyyə Telmanqızı