KepezTV Player
Paytaxt ərazisində qanlı hadisə baş verib. Binəqədi rayonu Xocahəsən qəsəbəsində 26 yaşlı Hüseynağa Hüseynov evə gedərkən naməlum şəxs ona yaxınlaşaraq mübahisə etməyə başlayıb. Bu zaman əlbəyaxa dava düşüb. Hüseynağa Hüseynov özünü müdafiə edərkən bıçaqlanıb. Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Binəqədi Rayon Polis İdarəsinin 40-ci Polis bölməsinin əməkdaşları hadisəni törədən şəxsi axtarır. Cəlilabadda isə döyülmə hadisəsi olub. Cəlilabad şəhərində yaşayan 20 yaşlı Yusif Quliyev şiddətə məruz qalıb. Yaralı Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Zərərçəkənin özünün dediyinə görə, onu tanıdığı şəxslər döyüb. Hadisənin səbəbi hələlik məlum deyil. Faktlar araşdırılır.
Zülfiyyə Telmanqızı
- Baxış: 547