• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1010
— 15.02.2018 16:07

Qərb bölgəsinin üzümçüləri isveç və rus mütəxəssislərin məsləhətini dinləyiblər

KepezTV Player

Gəncədə “Üzüm bağlarında xəstəlik və zərərvericilərə qarşı mübarizə vasitəsləri və bu sahədə qabaqcıl ölkələrin təcrübəsi” mövzusunda seminar müşavirə keçirilib. Tədbir Kənd Təsərrüfatı nazirliyinin dəstəyi, Azərbaycanın və İsveçrənın şirkətlərinin birgə əməkdaşlığı çərçivəsində reallaşıb. “Azərbaycanda bitkiçilik sektorunun mövcud vəziyyəti və gələcək inkişaf prespektivləri”, “Üzüm sahələrində zərərverici və xəstəliklərə qarşı səmərəli mübarizənin təşkili” məsələləri seminar-müşavirənin əsas müzakirə mövzularından olub. Gəncə, Samux, Qazax, Cəllilabad rayonlarında üzümçülüklə məşğul olan torpaq mülkiyyətçiləri, fermer və aqronomlar İsveçrə və Rusiyadan gələn mütəxəsislərin məsləhətlərini dinləyiblər.

Fərhad Cəfərov təsərrüfat sahibi: “235 hektar üzüm sahəm var. Keçən il 230 ton üzüm yığmışıq. Elə dərmanlar var idi ki, vururduq, görürdük ki, nəticə vermir. Ona görə də bu gün bufa gəlmişik. Yeni dərmanlar hazırlanıb. Burada öyrənirik ki, istifadə edək və keyfiyyətli məhsul yetişdirək”.

Cavanşir Məmmədov layihə rəhbəri:“Eyni zərərvericiyə qarşı hər il eyni məhsuldan istifadə etmək olmaz. Belə olduqda həmin zərərvericidə immunitet yaranır. Bu günki tədbirimizdən sonra fermerlərimiz əsasən dünyanın qabaqcıl ölkələrində aparılmış təcrübələrin, yeni bitki-mühafisəsi proqramlarının nümunələri ilə tanış olacaqlar.

George Dragan İsveçrə şirkətinin nümayəndəsi:“Biz Fransa, İtaliya, Rumınya kimi ölkələrdə istifadə etdiyimiz texnologiyaları Azərbaycanda da tədbiq etmək istəyirik. Düşünürük ki, bu proqramlar Azərbaycanda üzümçülüyün inkişafına və məhsuldarlığın artırılmasına təkan verəcək. Biz bu gün fermerlərə müxtəlif ölkələrdə apardığımız araşdırmaların nəticələrini göstərəcəyik. Ümidvaram ki, bu günki tədbirdən sonra azərbaycanlı fermerlər bizim əldə etdiyimiz texniki nəaliyyətlərdən istifadə edərək, məhsuldarlığı qat-qat artıracaqlar”.