• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2258
— 15.02.2018 14:03

Bir gecədə 9 avtomobil qarət olundu

KepezTV Player

Bakıda bir gecədə 9 avtomobil qarət olunub. Hadisə Suraxanı rayonu, Qaracuxur qəsəbəsi Yaşar Əliyev küçəsində baş verib. Gecə saat 3 radələrində naməlum şəxs sözügedən küçədə dayanan avtomobillərin yan şüşələrini sındıraraq orada olan şəxsi əşyaları, maqnitafonları və digər avadanlıqları götürərək qaçıb. Hadisə anı ərazidəki evlərdən birində quraşdırılan nəzarət kamerasına düşüb. Oğurluq barədə Suraxanı Rayon Pilis İdarəsinin 32-ci polis bölməsinə məlumat verilib. Dərhal əməliyyat-istintaq qrupu əraziyə gəlib və zəruri hərəkətləri yerinə yetiriblər. İlkin araşdırmalar zamanı məlum olub ki, zərərçəkənlərə minimum 300, maksimum 1500 manat ziyan dəyib. Ümumi zərərin miqdarı isə təxminən 5 min manata yaxındır.Hələlik qarətçinin kimliyi məlum deyil. Bu istiqamətdə əməliyyat-axtarış tədbirləri davam etdirilir.