• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1791
— 15.02.2018 14:01

Vaxtilə məktəbdən qovulan şagirdin intiqamı: 17 nəfər öldü

KepezTV Player

ABŞ-ın Florida ştatının cənubunda yerləşən Parkland şəhərciyində məktəbdə atışma baş verib.Nəticədə 17 nəfər həlak olub. Hadisə qurbanlarının 12-si məktəbin binasında, daha üç nəfər küçədə qətlə yetirilib. İki nəfərin isə xəstəxanada dünyasını dəyişdiyi bildirilir. Xəsarət alanların bəzilərinin vəziyyəti ağır olaraq qalmaqdadır. Hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılıb. Bu həmin məktəbin keçmiş şagirdi 19 yaşlı Nikolas Kruzdur. Daha əvvəl Kruz məktəbdən nizam-intizam qaydalarını pozduğuna görə xaric edilib.