• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2080
— 15.02.2018 13:59

Yol qəzaları ölüm və xəsarətlə nəticələndi

KepezTV Player

Bərdədə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.Nicat Kamranzadə "VAZ-2107" markalı avtomobili qaçırdığı zaman idarəetməni itirib və maşın ağaca çırpılıb.Nəticədə sərnişin Tural Allahverdiyev hadisə yerində ölüb. Xəsarət alan Kamranzadə  xəstəxanaya çatdırılıb, lakin onun həyatını xilas etmək mümkün olmayıb.

İsmayıllı rayonunda da qəza olub. Hadisə rayonun Çayqovuşan kəndi ərazisində qeydə alınıb.Qalacıq kənd sakini, 52 yaşlı Elxan Məlikovun idarə etdiyi "Niva" markalı minik avtomobili dairəvi yol ayrıcında idarəetmədən çıxaraq hasara çırpılıb.Sürücü Elxan Məlikov hadisə yerində ölüb,avtomobildə olan sərnişin, 35 yaşlı Asim Hacıyev yüngül xəsarət alıb.Faktlarla bağlı araşdırmalar aparılır.