• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1171
— 15.02.2018 10:35

Suzuki gələcək kiçik krossoverini göstərdi

Hindistanın Maruti Suzuki şirkəti Nyu-Dehlidə keçirilən Auto Expo sərgisində Future S adlı konseptual krossoverini nümayiş elətdirib. Yeniliyin əsas ideyası krossover imkanlarının ağıllı şəkildə kompakt kuzova inteqrasiya edilməsindən ibarətdir. Bu, həmçinin Suzukinin gələcək modellərinin dizaynını özündə birləşdirir. Ən böyük özəllik qarşı-qarşıya açılan qapılar, panoram yan güzgülər və incə ön dirəklərdir. Salonda 4 oturacaq quraşdırılıb. Ön panelin arxitekturası MINI modellərini xatırladır. Future S-in əsas funksiyaları mərkəzi paneldə quraşdırılmış displey vasitəsilə idarə olunur. Heç bir texniki informasiya açıqlanmır. 2019-cu ildə satışa çıxarılacaq FutureS böyük ehtimalla 1,2, 1,3 və 1,5 litr həcmli aqreqatlarla təchiz olunacaq.