• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1602
— 15.02.2018 10:32

Avtonomlu dron içərisində adamla uçdu

Çinin dronlar istehsal edən Ehang şirkəti avtonomlu kopterin uçuşunu göstərib. Ehang 184 kvadrokopteri nümayiş zamanı bir neçə sərnişin daşıyıb, onların arasında şirkət rəsmiləri ilə yanaşı, Quançjou şəhərinin hakimiyyət nümayəndələri də olub. Bir neçə ay davam edən sınaqlarda dron 1000 dəfə test uçuşlar həyata keçirib. Aparat bu müddətdə 300 metr hündürlüyədək qalxıb, 230 kiloqramlıq yüklər daşıyıb, marşrutlararası məsafə 15 kilometr olub, sürətsə saatda 130 km/saat təşkil edib. Mühəndislər hətta kopteri müxtəlif hava şəraitində - istidə, güclü dumanda və sürəti 300 km/saatdan çox olan tufanda da yoxlayıblar. Ehang bu dronu böyük şəhərlərdə taksi xidməti kimi istifadə etməyi planlaşdırır. Tamamilə elektriklə işləyən 184 adlı aparat havada 23 dəqiqəyədək qalmaq qabiliyyətindədir. Ştatdankənar vəziyyətlə qarşılaşanda idarəetməni sərnişin öz üzərinə götürə bilər.