• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 749
— 15.02.2018 10:31

Cənubi Koreyada robotlar arasında xizək yarışı keçirildi

Hazırda Qış Olimpiya Oyunları keçirilən Cənubi Koreyada slalom üzrə robotların yarışı təşkil olunub. "Edge of Robot: Ski Robot Challenge" adlı yarış Hoengseong County xizək kurortunda baş tutub. Burada yerli universitet və şirkətlər tərəfindən hazırlanan 8 robot iştirak edib. O qədər də böyük olmayan robotlara xizək paltarları geyindirilib və onlar 80 metrlik yamacı sürətlə qət etməyə çalışıblar. Hər bir robota 3 dəfə cəhd etmək imkanı verilib, qalibə isə 10 min dollar mükafat təyin olunub. Hətta yeni xizəklə məşğul olanlar üçün bu trass çox asan sayılır, lakin robotlar üçün gediş çətin başa gəlib. Şaxta və güclü külək səbəbindən onların çoxu hərəkət edə bilməyib, maneələrə ilişiblər. Buna baxmayaraq, bəziləri finişə qədər gəlib çatmağı bacarıb. Müsabiqənin qalibi MiniRobot şirkətinin istehsalı olan Taekwon V adlı robot olub. O, elə ilk cəhddəcə bütün maneələri dəf edib və yamacı 18 saniyəyə qət etməyə nail olub.