• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1442
— 14.02.2018 14:39

Gəncənin Kəpəz rayonunun rəhbəliyi sakinlərin müraciətlərini dinləyib

KepezTV Player

Gəncənin Kəpəz rayonu ərazisində yaşayan sakinlərin müraciətlərini bu dəfə rayon rəhbərliyi dinləyib. Şıxzamanlar qəsəbəsindəki səyyar qəbulda 52 sakin ərazidə yığılıb qalan məişət tullantılarının təmizlənməsi, küçələrin işıqlandırılması, marşurut xəttinin uzadılması, qəsəbə daxili yollarda yol nişanlarının qoyulması, bəzi fərdi evlərdə suyun gəlməməsi, eləcə də qaz və işıq xətlərinin olmaması və məşğulluqla bağlı müraciətlər səsləndirib. Tullantıların təmizlənməsi və ictimai nəqliyyatla bağlı qaldırılan məsələ yerindəcə həllini tapıb. Digərlərinin də həlli üçün tədbirlər görüləcəyi bildiriblib. Vətəndaşların bu cür səyyar qəbulları rayonun 5 qəsəbəsində mütamadi olaraq keçiriləcək.

Elnur Vahidoğlu