• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1163
— 14.02.2018 13:11

Canavar heyvanları parçaladı, evə hücum etmək istədi

KepezTV Player

Yevlaxda canavar evə hücum etmək istəyib. Rayonun Tanrıqullar kənd sakini Nasir Məmmədovun həyətinə girən yırtıcı 5 baş xırdabuynuzlu heyvanı parçalayıb, 10-a yaxın qoyunu isə yaralayıb. Hadisə baş verən an səs küyə ev sahibləri də oyanıblar. Yaşlı qadın işığı yandırıb pəncərəyə yaxınlaşan zaman canavar işıq gələn hissəyə atılıb. Şüşələri sındıra bilməsə də ev sahiblərinə qorxulu anlar yaşada bilib.

 

Zülfiyyə Telmanqızı