KepezTV Player
Paytaxtın Nəsimi rayonu Feyruz Qasımzadə küçəsi 14 ünvanındakı həyət evlərindən birində oğurluq hadisəsi baş verib. Zərərçəkən Orxan Mikayılovun sözlərinə görə, 10 gün əvvəl otaq yoldaşlarından biri evdən çıxıb. Bu səbəbdən yeni yoldaş tapmaq üçün elan saytlarından birində məlumat yazıblar. Həmin gün özünü Elnur kimi təqdim edən, sonradan isə adının Elvin olduğunu bildikləri şəxslə görüşüb mənzilə gətiriblər. O, bildirib ki, işlədiyi yanacaqdoldurma məntəqəsindən əməkhaqqını ayın 15-də alacaq və ödənişi də elə həmin gün edəcək. Üç gün qaldıqdan sonra isə evdəki bütün əşyaları oğurlayaraq qaçıb. Hadisə ilə bağlı Nəsimi rayon 20-ci polis bölməsinə məlumat verilib.
Zülfiyyə Telmanqızı
- Baxış: 640