• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1684
— 14.02.2018 13:22

Qəzada 6 nəfər xəsarət aldı

KepezTV Player

Yol qəzasının bu dəfəki ünvanı şəkidə olub. Yollarda gələn bəla 6 nəfərin xəsarət alması ilə nəticələnib.

Axşam saatlarında Baş Göynük avtomobil yolunda “VAZ 21 012” və “Mercedes” markalı minik avtomobilləri toqquşub. Nəticədə Şəki rayonu Baş Şabalıd kənd sakinləri 63 yaşlı Səlim Səlimov, onun qızı 31 yaşlı Reyhanə Səlimova, 18 yaşlıl Cəbrayıl Həsənov, onun anası 38 yaşlı Çinarə Həsənova, Şin kənd sakini 1963-cü il təvəllüdlü Aydın Paşayev və Qax rayon sakini 28 yaşlı Tural Rəsulov aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəki Mərkəzi Rayon Xəstəxanasına aparılıblar.

Xəstəxanadan verilən məlumata görə, yaralılardan Cəbrayıl Həsənov və Tural Rəsulovun müalicələri xəstəxananın reanimasiya şöbəsində, Səlim Səlimovun müalicəsi isə cərrahiyə şöbəsində aparılır. Reyhanə Səlimova, Aydın Paşayev və Çinarə Həsənovanın vəziyyətləri yüngül olduqlarından onlara xəstəxanada ilkin yardım göstərildikdən sonra evə buraxılıblar.

 

Zülfiyyə Telmanqızı