• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1802
— 14.02.2018 13:45

Şəmkirdə yol polisi vətəndaşlarla növbəti görüşünü keçirib

KepezTV Player

Yol Patrul Xidməti Alayının 9-cu tağımının şəxsi heyyəti Şəmkirin Abbaslı kəndində ətraf kəndlərdən də olan sakinlərlə maarifləndirici görüş keçirib. Tağım komandri Aqil Məmmədov ötən il xidməti ərazidə 15 ağır yol nəqliyyat hadisəsi zamanı 16 nəfərin həyatını itirdiyinə diqqət çəkib. Qəzalardan 9-u piyadaların vurulması ilə baş verib. Bu baxımdan sükan sahibləri ilə yanaşı piyadaları da diqqətli olmağa çağıran tağım komandri xüsusilə təhsil müəssisələrinin qarşısnda yolu keçərkən ehtiyyatlı olmağı tövsiyyə edib.

Elnur Zeynalov - baş inspektor: “Uşaqlarla proflaktiki söhbətlər aparırıq. Yol hərəkəti qaydalarını onlara başa salırıq. Onlara öyrədirik ki heç bir halda piyada keçidləri olmayan yerdən keçməsinlər. Ümumiyyətlə bizim vəzifə borcumuz ondan ibarətdir ki hər bir vətəndaşı hər bir sürücün yol hərəkəti qaydaları ilə bağlı marifləndirək ki gələcəkdə heç bir yol nəqliyyat hadisəsi baş verib insan təlafatı olmasın”.   

 

Natiq Hüseyn