• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1989
— 14.02.2018 10:03

Yeni Sprinter furqonu: şəbəkəyə çıxır, 1700 konfiqurasiya və üç ötürücü tipi var

Mercedes-Benz şirkəti Sprinter kommersiya avtomobilinin yeni nəsil nümayəndəsini göstərib. Modeli arxa, ön ya da tam ötürücü sistemlə əldə etmək olar. O, hətta 1700 müxtəlif variantda təklif olunur. Maşınları A siniflərdə tətbiq olunan yeni multimedia sistemləri və Mercedes PRO connectlə təmin edəcəklər. Belədə model daim şəbəkədə olacaq. Bütün furqonların sürücüləri bir avtoparkda menecerlərlə əlaqə yarada, maşınların yerini müəyyənləşdirə, hətta nə qədər yanacaq qaldığını öyrənə bilər. Menecerlər tərəfindən konkret hansısa sürücüyə mesaj da göndərilə bilər. Yeni Sprinter panelli furqondan 20 nəfərlik sərnişin tutumu olan avtomobilədək 6 kuzovda təklif olunur. Təkər bazasının 3250 mm-dən 4325-dək ölçüsü olan 5 variantı var. Modifikasiyadan asılı olaraq yük götürmə qabiliyyəti 2,5-5,5 ton arası dəyişir. Ön öntürücülər üçün 5 pilləli avtomatik, digərləri üçün  isə yeddi diapazonlu ASQ (avtomotik sürət qutusu) keçərli olacaq. Arxa ötürücülü Sprinter Avropa bazarında 2,1 litrlik dizel motorla satışa çıxarılacaq. At gücü isə 114, 143 ya da 163-ə bərabər olacaq. Tam ötürücü sistemə malik variant da qeyd edilən motorlara sahib olacaq, amma sonuncu 177 at gücündədir. Rəsmi şəkildə bəyan edilib ki, 2019-cu ildə elektrikli Mercedes eSprinter furqonu satılmağa başlayacaq.