• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2062
— 14.02.2018 10:02

Chevrolet və Ford pikapları 4,5 tonluq qoşqu ilə yarışdılar

Chevrolet şirkəti Silverado 3500HD və Ford Super Duty F-450 pikapları arasında dreq-yarış təşkil edib. Onların hər biri 4,5 tonluq qoşquya bağlı olub. Chevrolet Silverado 3500HD 6,6 litrlik V8 dizel motorla 451 at gücünə malikdir. Mühərrik 6 diapazonlu ASQ ilə işləyir. Analoji pikap 6 tona qədər yükü daşımaq gücündədir. Ford Super Duty F-450 pikapına gəldikdə, o 6.7 litrlik V8 dizel aqreqatla komplektləşir. Bu motor da 6 diapazonlu “avtomat”la vəhdət təşkil edir, amma at gücü bir qədər artıq – 456-ya bərabərdir. Ford maksimum 9,5 ton qoşqu daşıya bilir.  Chevrolet ötən il Silverado modelindən müxtəlif modifikasiyada 585 864 ədəd reallaşdırmışdı. Ford F-Series-də isə bu göstərici 896 764 ədəddir.