• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1810
— 14.02.2018 10:01

Qış Olimpiya oyunlarının açılışında 1200-dən çox dron havaya qalxdı

Pxençxanda 2018-ci ilin Qış Olimpiya Oyunlarının maraqlı açılışı olub. Belə ki, Intel şirkəti 1218 dronu havaya qaldıraraq bu mərasimi daha da yadda qalan etməyə çalışıb. Bununla da 2016-cı ildə havaya qaldırılan 500 dronluq rekord qırılıb. Hətta Çinin EHang şirkətinin bu yaxınlarda işıq şousu göstərdiyi 1180 ədəd dron da bu göstəricidə geridə qalıb. Təhlükəsizlik və küləkli hava şəraitinə görə şou daha əvvəl yerinə yetirilib və videoyazı vasitəsilə yayımlanıb. 1218 uçan aparat göydə bir neçə işıqlı iri fiqur – snoubord və Olimpiya oyunlarının simvolu olan 5 halqanı göstərməyə nail olub. Intel bundan qabaq da işıq şousunda Shooting Star adlı kvadrokopterdən istifadə edib. O, rəngli LED işıqlarla təchiz olunub və havada 20 dəqiqə qalmaq gücündədir. Dronlar kompüter vasitəsilə idarə edilib, öz aralarında hər hansısa kordinasiya əlaqəsində olmayıb.