• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2338
— 13.02.2018 16:03

“Kəpəz” doğma meydanda “Xəzər Lənkəran”a qalib gəldi

KepezTV Player

17 yaşadək futbolçulardan ibarət komandalar arasında reallaşan Azərbaycan birinciliyində 20-ci turun oyunları keçirilib. Hesabat turunda “Kəpəz”in müvafiq yaş qrupu üzrə komandası “Xəzər Lənkəran”ı qəbul edib. İlk dövrədə səfərdə böyükhesablı qələbə qazanan ev sahibləri doğma meydanda da qalib gəliblər. Amma bu dəfə 3 xal üçün “sarı-göylər” xeyli əziyyət çəkməli olublar. Rəqibin müdafiə xəttində inamlı oyunu yalnız bir qolun vurulmasına şərait yaradıb. “Kəpəz” 11 metrlik cərimə zərbəsindən istəyinə çatıb. Bu qələbə sayəsində gəncəlilər turnir cədvəlində 5-ci pilləyə yüksəliblər. Bir oyun az keçirən komandanın aktivində 34 xal var.  

Orxan Cəfərzadə