• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1672
— 13.02.2018 15:55

Azərbaycan Dövlət Aqrar Universitetinin alimləri ilə ölkənin quşçuluq təsərrüfatlarında çalışanlar bir araya gəlib

KepezTV Player

Bu dəfə Azərbaycan Dövlət Aqrar Universitetinin alimləri ilə ölkənin quşçuluq təsərrüfatlarında çalışanlar bir araya gəlib. Fermer və baytarlarla bu sahədə aktual məsələlərinin  müzakirəsi aparılıb.

Samux, Goranboy, Tərtər, Bərdə, Ağdaş, Ucar, Hacıqabul, Ağdam, Şəmkir, Tovuz və Gədəbəydən gələn sahibkar, fermer və baytar-həkimlər mütəxəsislərin məsləhət və təkliflərini dinləyiblər. Ətlik, ətlik-yumurtalıq və yumurtalıq istiqamətində quşların cins tərkibinin müəyənləşdirilməsi, onların yemlənməsi, xəstəliklərə qarşı qabaqlayıcı profilaktik tədbirlərin görülməsi kimi məsələlər  seminarın əsas müzakirə mövzularından olub.

“Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalı və emalına dair Stateji Yol Xəritəsi”ndə sənaye üsülu ilə quşçuluq məhsullarının istehsalı sahəsinin rəqabət qabiliyyətinin artırılması, bu sahədə damazlıq işlərinin gücləndirilməsi əsas vəzifə kimi qarşıya qoyulub. ADAU-da təşkil olunan bu tip görüş və seminarlar da bu sahənin elmi-əsaslarla inkişaf etdirilməsini hədəfləyir.

Bu tədbirlərin davamı olaraq ADAU-da “Call center” fəaliyyətə başlayacaq ki, sahibkar və fermerlər universitetin mütəxəsisləri ilə əlaqə saxlayaraq, onların məsləhət və təkliflərindən yararlana bilsinlər.