Səfərbərlik və Hərbi Xİdmətə Çağırış üzrə Dövlət Xidmət yaradılmasının 6-cı ildönümü münasibəti ilə Xidmətinin Göygöl rayon Şöbəsinin əməkdaşları ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət edib. Torpaqlarımızın azadlığı uğrunda canından keçən vətən oğullarının məzarları önünə tər qərənfillər düzüblər. Xidmətin fəaliyyətinə həsr edilən filmin nümayişi ilə başlayan tədbirdə gənclərin bölgü üzrə hərbi hissələrə rahat və təhlükəsiz çatdırılmasının təmin edildiyi, ordudan yayınma hallarına rast gəlinmədiyinə diqqət çəkilib. Çağırışçıların xidmət yerlərini vaxtından əvvəl bilmələri isə şəffaflığın təminatı kimi dəyərləndirilib. Xidmətin Göygöldə çalışan əməkdaşları üçün yeni binanın inşası isə onların iş şəraitinin yaxşılaşdırılmasına xidmət edir. Yığıncaqda bir qrup əməkdaşa fəxri fərman və mükafat təqdim olunub. Eyni zamanda rayonda hərbi çağırışın uğurla yerinə yetirilməsində əməyi olan şəxslər də mükafatlandırılıb. Ölkə prezidentinin sərəncamı ilə xidmətin Göygöl rayon şöbəsinin rəis əvəzi Elşən Abbasova “Hərbi xidmətlərə görə” medalı təqdim edilib.
Samux rayonunda da Səfərbərlik və Hərbi Xİdmətə Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşları peşə bayramını ulu öndər Heydər Əliyevin büstünü ziyarətlə qeyd edib. Xidmətin fəaliyyətini əks etdirən filmə baxışılıb. Silahlı Qüvvələrin möhkəmləndirilməsində xidmətin rolu, rayonda gənclərin hərbi vətənpərlik ruhunda böyüməsi üçün görülən işlər müzakirə edilib. Ordu sıralarına yola salınan gənclərin böyük ruh yüksəkliyi ilə xidmət keçmələri müsbət hal kimi dəyərləndirilib. Əvvəlki illərdə olduğu kimi 2017 ci ildə də Samuxda çağırış kompaniyaları mütəşəkkil təşkil olunub və ordudan yayınma halları qeydə alınmayıb. Çıxışlarda dövlətə inam, orduya güvən nümayiş etdirilib. Xidmətin rayon bölməsinin bir qrup əməkdaşı fəxri fərmanla mükafatlandırılıb. Müküfatçılar sırasında təhsil müəssisələrinin hərbi rəhbərləri də olub.
Natiq Hüseyn
- Baxış: 969