Ağdamda kabel oğruları tutulublar. Rayon sakini İsmayıl Atapurun idarə etdiyi “VAZ 2106” markalı avtomobil dövlət yol polisi əməmkdaşları tərəfindən saxlanılıb. Maşından müxtəlif ölçülərdə mis kabellər aşkarlanıb. Polisin apardığı araşdırmalar zamanı məlum olub ki, İsmayıl Atapur Ağcabədi rayon sakini Məmmədbağır Misirovla əlbir olaraq ötən ildən başlayaraq, Ağdam Mexaniki Suvarma İdarəsinin balansında olan 28 ədəd subartezian quyusunun elektrik naqillərini kəsərək oğurlayıb. Mis naqillərin bir qismi Tərtər rayonunda yerləşən əlvan metalların qəbulu sexinə satılıb. Digər hissəsi saxlanılan şəxslərin həyətindən götürülüb.
Vasif Məmmədov müstəntiq: Ağdam Rayon Polis Şöbəsinin Əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində Ağdam rayonu İmamqulubəyli, Quzanlı, Eyvazlı, Xindırıstan və Üçoğlan kəndi ərazilərində quraşdırılmış Ağdam Mexaniki Suvarma İdarəsinin balansında olan 28 ədəd subarteziyan quyularının elektrik naqillərini kəsərək oğurlayan şəxslər müəyyən edilərərək istindaqa təqdim edilib.
- Baxış: 734