• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2189
— 13.02.2018 13:48

Qadın qudasının evindəki qonağı bıçaqladı

KepezTV Player

Ağdamda da bıçaqlanma hadisəsi baş verib. Gəncə şəhər sakini, 44 yaşlı Ləman Əliyeva Ağdamın Xındırıstan kəndində yaşayan qudasının evinə qonaq gedib. Bərdə rayonundan olan 44 yaşlı Pərviz Yusifov da həmin evdə olub. Evdə yemək yeyilərkən Ləman Əliyeva ilə Pərviz Yusifov arasında mübahisə baş verib. Nəticədə qadın Yusifovu bıçaqlayıb. İki bıçaq xəsarəti alan şəxs Ağdam Mərkəzi Rayon Xəstəxanasına,  oradan Bərdə Mərkəzi Rayon Xəstəxanasına aparılıb. Qadın isə saxlanılıb. Faktla bağlı araşdırma aparılır.