• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1057
— 13.02.2018 13:45

4 nəfər bıçaqlandı

KepezTV Player

Paytaxtın Yasamal rayonu Şəfayət Mehdiyev küçəsində bıçaqlanma hadisəsi baş verib. 35 yaşlı Pərviz Məmmədov dostu ilə mübahisə edib. Qəzəbinə hakim kəsilə bilməyən şəxs Məmmədova üz və bədən nahiyəsindən xəsarətlər yetirib. Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Daha bir bıçaqlanma hadisəsi Sabunçu rayonu, Ramana qəsəbəsində qeydə alınıb. 41 yaşlı Niyaməddin Nağıyev tanışı ilə mübahisə edərkən bıçaqlanıb. O, xəstəxanaya yerləşdirilib. Həkimlər vəziyyətini ağır qiymətləndirirlər.

Bundan başqa, Ramana qəsəbəsi Samir Əliyev küçəsində 24 yaşlı Əlizamin İmanovla tanışı arasında əlbəyaxa dava çıxıb. Qarşı tərəf Əlizamini bıçaqlayaraq xəstəxanalıq edib.

Nərimanov rayonunda da qanlı olay baş verib. 23 yaşlı Səbinə Piriyeva kirayə yaşadığı evdə həyat yoldaşı ilə mübahisə edib və nəticədə bıçaqlanıb. Yaralı qadın 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Hadisə barədə Nərimanov polisinə məlumat verilib. Faktlarla bağlı araşdırmalar davam etdirilir.