• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1972
— 12.02.2018 15:11

Türkiyənin Azərbaycandakı səfiri Gəncədə regional əməkdaşlıqdan danışıb

KepezTV Player

Türkiyə Gəncədə bir sıra sahələrdə əməkdaşlıqda maraqlıdır. Bu baxımdan prespektivləri şəhər rəhbəri Elmar Vəliyevlə müzakirə edən səfir Erkan Özoral şəhərin iqtisadi imkanları və yatırılan investisiya barədə məlumatlandırılıb. Gəncənin tarixi, mədəniyyəti, görkəmli şəxsiyyətləri barədə informasiya da diplimatda maraq doğurub. Görüşdə 2 ölkə arasındakı yüksək səviyyəli münasibətlərin regional əməkdaşlıq baxımından da əhəmiyyətinə toxunulub. Erkan Özoral Türkiyənin terrorculuğa qarşı mübarizədə Azərbaycanın dəstəyini xüsusi vurğulayıb.

Erkan Özoral - Türkiyənin Azərbaycandakı səfiri: “Hər zaman söyləmişəm Azərbaycanda baş verən inkişaf, güclənməsi bizim üçün qürur mənbəyidir. Azərbaycanın gücü Türkiyənin gücüdür, Türkiyənin gücü isə Azərbaycanın gücüdür. Biz hər zaman bir-birinə dəstək verən çiyin çiyinə dayanan, bir-birinə güvənən bir millət iki dövlətik. Azərbaycanın hər keçən gün dahada irəli getməsi və güclənməsi bizi xoşbəxt edir”. 

 

Elton Cabbarlı