Sol sahili də abadlaşacaq Gəncəçay bulvarı Şəhər Telekommunikasiya İdarəsinədək uzadılacaq və çayda daim sululuğun təin edilməsi üçün yatağı şəlalə formasında düzəldiləcək. Gəncədə ötən ilin yekunlarının müzakirə edildiyi hesab yığıncağında mərkəzi bazar və Əttarlar küçəsindəki köhnə tikililər sökülərək yerində çoxmərtəbəli yaşayış binalarınln inşa olunacağı vurğulanıb. Eləcə də Gəncənin qərb və şərq girişini birləşdirən Nizami prospektinin şəhər mərkəzindən keçən hissəsində avtomobil yolu 2 hissədə genişləndiriləcək. Bu proses Müseyib Bağırov və Ruzigar Qasımov küçələri də əhatə edəcək. Qəzalı vəziyyətdə olan 4 yataqxananın sakinləri üçün də xoş xəbər var. Onlar şəhərin Bakı istiqamətində girişində inşa ediləcək yeni binalara köçürüləcəklər. Binalardan biri bu il istifadəyə veriləcək. Hesabat yığıncağında Gəncədən Bakıya elektrik qatarının işə düşəcəyi də vurğulanıb. İclasda bu il şəhərə yatırılacaq dövlət investisiyasının həcmi açıqlanıb.
Elmar Vəliyev - Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı: “Hardasa 60 milyona yaxındır. Dram teatr, idman sarayının, ADAU üçün binanın tikintisinə və digər istiqamətlərə qoyulacaq məbləği açıqlayır”.
- Baxış: 970