• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2221
— 12.02.2018 13:58

Ötən il Şəmkirdə uğurlu nəticələr əldə olunub

KepezTV Player

Şəmkirdə də 2017-ci ilin yekunları müzakirə edilib. 1680-i daimi olmaqla 4258 yeni iş yerinin açılıdığını hesabat dövründə sənayedə 36,7, kənd təsərrüfatında isə 20 faiz artım əldə edilib. Şəmkirdə yerli  bələdiyyələrin nəznində yaradılan Məhdud Məsuliyyətli Cəmiyyətlər rayon iqtisadiyyatının inkişafında mühüm pay sahibi olub. Prezident İlham Əliyevin Şəmkirə səfəri zamanı istifadəyə verilən “Şəmkir Aqroparkın” Logistika mərkəzi rayon iqtisadiyyatında mühüm əhəmiyyətə malikdir. İclasda il ərzində bir neçə kənddə tibb ocağı, uşaq bağçası əsaslı təmir edilib, 2 kənddə modul tipli məktəblər qurulub. 2018-ci ildə Şəmkirdə müasir xəstəxana kompleksinin inşası, eləcə də iri emal və istehsal sahələrinin yaradılması nəzərdə tutulub.

 

Natiq Hüseyn