• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2290
— 12.02.2018 13:47

Evində tiryək aşkar edildi

KepezTV Player

Salyan rayon Polis şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat-axtarış tədbirləri keçirilib. Salyan şəhər sakini, 38 yaşlı Natiq Əliyev şübhəli şəxs qismində saxlanılaraq polis şöbəsinə gətirilib. Bundan sonra Natiq Əliyevin yaşadığı evdə axtarış keçirilib. İkinci mərtəbədə yerləşən otaqdan 1ədəd sellofan bükümdə, ümumi çəkisi 30,556 qram olan narkotik vasitə - tiryək və 1 ədəd elektron tərəzi aşkar edilərək götürülüb. Ilkin istintaq zamanı Natiq Əliyev törətdiyi cinayəti etiraf edib. Faktla bağlı Salyan rayon Polis şöbəsində cinayət işi açılıb, araşdırma aparılır. 

 

 

Zülfiyyə Telmanqızı