• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1282
— 12.02.2018 13:32

Qohumun tövləsini yandırdılar, evindən oğurluq etdilər

KepezTV Player

Şəkidə oğurluq faktı qeydə alınıb. Hadisə rayonun Fazıl kəndində baş verib. Kənd sakini İlqar Məmmədovun evindən 6000 manat dəyərində qızıl-zinət əşyaları,110 manat dəyərində büjuteriya və 600 ABŞ dolları oğurlanıb. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri , iki xalaoğlu İlham Məmmədov və Məftun Mustafayev müəyyən olunaraq saxlanılıb. Saxlanılan şəxslərin ev sahibinin yaxın qohumları olduğu da məlum olub. Onlar ifadələrində ev sakinlərinin diqqətini yayındırmaq üçün əvvəlcə həyətyanı sahədəki tövləyə qəsdən od vurduqlarını və daha sonra yaranan şəraitdən istifadə edərək oğurluq məqsədilə evə daxil olduqlarını bildiriblər. Məftun Mustafayevin etibarnamə ilə icarəyə götürdüyü avtomobilə baxış zamanı salonundan tapılan 2 ədəd idman papağından hazırlanmış maska , eləcə də oğurlanan qızıl-zinət əşyaları maddi sübut kimi götürülüb. Saxlanılan şəxslərin digər cinayət əməllərinin törədilməsində iştirakları olub-olmamasının müəyyən edilməsi istiqamətində tədbirlər davam etdirilir. Faktla bağlı araşdırma aparılır. 

 

 

Zülfiyyə Telmanqızı